26 C
Baku
Tuesday, April 30, 2024

Asan imza nədir və o sizə necə faydalı ola bilər?

Asan İmza ilə şəxsiyyət vəsiqəsini təqdim etmədən kimliyinizi təsdiq edə ,eyni zamanda mobil telefondan istifadə edərək sənədləri elektron qaydada imzalaya bilərsiz. Yəni, sənədlərə rəqəmsal imza ata bilərsiz.

Asan İmza (Mobil imza) ilə bütün mövcud e-xidmətlərdən istifadə etmək mümkündür. Asan İmza ilə hökumət vətəndaş arasında bürokratik əngəlləri aradan qaldırmaq olur. Bu, o deməkdir ki, Azərbaycan hökuməti telefon vasitəsilə hər zaman öz vətəndaşları ilə birlikdədir.

Asan İmza (Mobil imza) əslində elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SİM-kartınızdır.

Qeyd edək ki, Asan İmza Vergilər Nazirliyi və Mobil operator tərəfindən verilir.

Asan İmza xidmətindən istifadə etmək üçün Asan İmza Sim kartını əldə etmək lazımdır.

Abunəçi olmaq üçün şəxsiyyət vəsiqəniz ilə (şəxsiyyət vəsiqəsi Asan İmza (Mobil imza) xidmətini aktivləşdirmək üçün lazımdır) “ASAN Xidmət” mərkəzində fəaiyyət göstərən Azercell ofisinə, Azercell Ekspres və Müştəri Xidmətləri ofislərinə (yaxın gələcəkdə isə digər mobil operatorların ofislərinə) müraciət edə bilərsiniz. Abunəçi olandan sonra siz mobil telefona daxil edilməli olan yeni Asan İmza (Mobil imza) SIM kartını alacaqsınız. Sonrakı mərhələdə tələb olunan sənədlər ilə birlikdə ASXM ( Vergi ödəyicilərinə Xidmət Mərkəzlərinə, Bakı şəhər Vergilər Departamentinə, Ərazi Vergilər Departamentləri və ya Ərazi Vergilər İdarələrinin xidmət bölmələrinə və ASAN xidmət Mərkəzlərində fəaliyyət göstərən ASXM nümayəndəsinə) müraciət edilməlidir. ASXM təqdim olunmuş sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlər qaydasında olduğu halda ASXM müraciət etmiş şəxslə(ərizəçi ) ilə müqavilə imzalayır. Əks təqdir də sertifikatın verilməsindən imtina edilir. Sertifikat ASXM tərəfindən iki iş günü ərzində verilir. Sertifikat “Verilmiş Sertifikatlar” reyestrinə daxil edildikdən sonra yayımlanmış hesab olunur.

Asan İmza (Mobil imza) PIN kodları Asan İmza (Mobil imza) SIM kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir. Yeni Asan İmza (Mobil imza) SIM kartının pozulan sahəsi zədələnməməlidir. Yadda saxlayın ki, şəxsiyyətin təsdiqlənməsi üçün PIN1 və imza üçün yalnız PIN2 tələb olunur.

Asan İmza (Mobil imza) elektron imza sertifikatlarının üç növü vardır: fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Siz bu sertifikatdan yalnız şəxsi identifikasiyanız üçün istifadə edə bilərsiniz. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.
.
Qeyd edək ki, Asan İmza (Mobil imza) sertifikatları 3 il ərzində etibarlıdır.

Necə ödəmək olar?

Asan İmza (Mobil imza) xidmətinin istifadəsi pulludur. Xidmətlərin qiymət siyahısı sizin mobil operatorunuzun internet səhifəsində mövcuddur:

• Azercell
• Bakcell
• Nar Mobile

Müasir mobil telefonlarının böyük əksəriyyəti Asan İmza(Mobil İmza) istifadəsi üçün uyğundur. Nokia 3110, 5110, 6110, 6150, N900, Motorola F3, Sony Ericsson P 900 mobil telefonları isə bu xidməti dəstəkləmir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər