8 C
Baku
Thursday, December 12, 2024

“Asan İmza” sertifikatlarının onlayn alınması və yenilənməsi ilə bağlı yeni elektron xidmət istifadəyə verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətini istifadəyə verib.

Dövlət Xidmətindən verilən məlumata görə, istifadəçilər sertifikatın sertifikatlarının onlayn əldə olunması üçün Asan Sertifikat Xidmətləri Mərkəzinə elektron qaydada müraciət edə bilərlər. Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış olmaq olar.

“Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” rəsmi internet səhifəyə yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər