10 C
Baku
Saturday, November 23, 2024

“ASAN Login”lə üz tanıma sisteminin tətbiqinə başlanılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imzanın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası yekunlaşıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” Vahid Giriş Sistemi üzərindən müraciət edilən dövlət xidmətləri indi SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə daha əlçatan olacaq.

Belə ki, vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla ( //asanlogin.my.gov.az/auth ), bura inteqrasiya olunan 80 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə edəcəklər.

SİMA-dan istifadə vətəndaşlara heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün vəsait sərf etmədən xidmət əldə etməyə imkan verəcək. Bu xidmətlərə “ASAN Loginə”ə inteqrasiya olunmuş “myGov”, “ASAN ödəniş”, “e-Sosial”, “e-Agro”, “e-Satınalma”, “e-Hərrac”, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, ADRA, Azərbaycan Respublikası Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi, eləcə də digər sistemlər üzərindən göstərilən xidmətlər daxildir. Hazırda qeyd olunan portallar üzərindən təqdim edilən xidmətlər üçün sənədlərin SİMA ilə imzalanmasına dair inteqrasiya davam edir.

SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür. SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

“ASAN Login”də SİMA ilə yalnız giriş etmək mümkan olacaq. Yeni nəsil rəqəmsal imzanı əldə etmək üçün isə SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqamsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və 157 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər