4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

“ASAN Müraciət” informasiya sisteminin Əsasnaməsi təsdiq edildi

“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

7 dekabr 2021-ci il tarixli 386 nömrəli Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə “ASAN müraciət” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nda müəyyən edilən keçid dövrü nəzərə alınmaqla, “ASAN müraciət” informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməlidir.

“ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı”nda qeyd olunan dövlət orqanlarına (qurumlarına) tapşırılıb ki, həmin Əsasnamə ilə müəyyən edilmiş funksiyalarının həyata keçirilməsini təmin etmək məqsədilə 2 (iki) ay müddətində müvafiq tədbirlər görməlidirlər.

Son xəbərlər
Oxşar xəbərlər