“ASAN ödəniş” sistemi vasitəsilə əhaliyə 541-dən artıq xidmət göstərilir. Bu xidmətlərin sayının 1000-dək artırılması planlaşdırılır.
Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 219 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 541-dən artıq xidmət üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilir.

©Azvision.az