16 C
Baku
Thursday, March 28, 2024

“ASAN Peşə” kurslarını bitirən şəxslərə sertifikatlar təqdim olunub

“ASAN Peşə” layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin artırılması, eyni zamanda regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq müxtəlif peşələrə sahiblənmək istəyən şəxslər üçün kurslar və təlimlər davam etdirilir. 

Banker.az xəbər verir ki,  İmişli “ASAN Həyat” kompleksində ABAD təlimçiləri vasitəsi ilə 2019-cu ilin sentyabr və dekabr ayları ərzində müxtəlif yaş kateqoriyasından olan 28 şəxsə həm nəzəri, həm də təcrübi təlimlər keçirilib. Kursları başa vuran şəxslərə sertifikatlar təqdim olunub.

Təlimlər tələbata müvafiq 3 fərqli sahə üzrə aparılıb: dərzilik, İKT və aqrar sənaye. İştirak üçün yaş məhdudiyyəti yoxdur və ödənişsiz şəkildə təşkil olunur.

  “ASAN Həyat” komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. “ASAN Peşə” mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.

Təlimlər davam edir. Mütəmadi xarakter daşıyan İT sahəsi üzrə təlimlər Microsoft Office proqramları (Word, Excel, Powerpoint), Windows əməliyyat sisteminin öyrədilməsi üzərində qurulub. İT təlimlər bu ildən daha da genişləndiriləcək.

AF6O4316 scaledAF6O4374 scaledAF6O4344 scaledAF6O4336 scaledAF6O4326 scaledAF6O1 1 scaledAF6O4376 scaled

Son xəbərlər
Digər xəbərlər