10 C
Baku
Saturday, November 23, 2024

“Asan Sertifikat Xidmətləri Mərkəzindən” kobud rəftar – Ekspert

Asan Sertifikat Xidmətləri Mərkəzinin  facebook səhifəsinə (https://www.facebook.com/asan.imza/) 02 aprel 2019-cu il tarixdə müraciət etdim. Müraciətin Asan DOC client proqramını yükləyəndən sonra faylı imzalamaq mümkün olmamağı ilə bağlı idi. Problem ondan ibarət idi ki, sertifikat tapılmırdı. Facebookdan səhifəsindən mənə yazdılar ki, “Bizimlə 012 590 80 59 nömrəsilə əlaqə saxlayın Hörmətlə, Asan İmza team”.  Müraciətim  17:30 radələrinə təsadüf edirdi. Nəticədə mobil nömrəmdən 20 dəqiqə dayanmadan bu nömrəni yığdım. Telefona cavab verən olmadı. Səhəri günü yenə də facebook səhifəsinə yazdım ki, dünən 20 dəqiqiqə dayanmadan yazdım, cavab verən olmadı. Mənə bu linki göndərdilər AsanDoc: imzalama təlimatı ilə bu link vasitəsilə tanış ola bilərsiniz: http://asanimza.az/asan-doc-az/2015/asandoc_guidelines_for_signing_az/ Əgər yenə problem yaşasanız, bizimlə 012 599 -12-30 nömrəsilə əlaqə saxlaya bilərsiniz. Hörmətlə, Asan İmza team. Onlara  qeyd etdim ki, mən müraciət etməmişdən əvvəl bütün detallarahttp://asanimza.az saytında baxmışam. O nömrədən də mənim zəngimə cavab verən yoxdur. Ola bilər işləyir, sadəcə çıxarıb atıblar.  Əlaqə nömrəmi istədilər. Günün sonu mənə yazdılar ki, mütəxəssislərimiz qeyd edillər ki, nömrə işləmir. Şəxsi nömrəmə gün ərzində nə qədər zənglər gəlir. ASAN imzanın mütəxəssisləri zəng edəndə, nömrə işləmədiyi qeyd edirlər. İkinci nömrə verdim. Artıq bu təşkilatın asan imza nömrəsi idi. Nömrəni verənə kimi proqramı 5-6 dəfə kömpüterdən pozub, yenidən yazmışdım. Ortaya kömpüterdə vaxtın düzgün olmaması qeyd edilirdi. Kompüterdə vaxt, real vaxt idi. Deyə bilmərəm bəlkə asan imza real vaxta işləmir. Yəni bir saat qabağa və ya arxaya olur.  Bu gün o nömrə sahibində (asan imza nömrəsi) idi. Ümidim yox idi ki, onlar zəng edə. Saat 9:50 təşkilatın mütəxəssisi zəng edib. Onun sözlərini olduğu kimi qeyd edirəm “Nə əsir qoymusuz, camaat? Gündə şikayət edirsiniz?”, “Kompüterdə saatı düzəldin getsin də “. Telefona açan şəxs isə, gözləmədən mütəxəssisin belə hərəkətinə təəccüb qalıb. Mənə zəng etdi ki, bəs zəng etmişdilər. Bunları dedilər. ASAN imzanın facebookda səhifəsinə yazdım. Bundan sonra sizə müraciəti gərək məhkəmə vasitəsi ilə edim. Bəlkə bu halda rəhbərlik işçilərinə vətəndaşlarla necə davranmağı öyrədəcək.

P.S. Təsəvvür edirəm bunlar mənimlə belə edirlər. Görəsən  adi vətəndaşla necə davranırlar?

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər