13 C
Baku
Saturday, April 27, 2024

“ASAN xidmət”dən yenilik

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində olan “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşların xidmət prosedurasının asanlaşdırılması, əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi  üçün müxtəlif innovativ tətbiqlər həyata keçirməkdədir.

Belə ki, vətəndaşlar GoMap.az (www.gomap.az) saytında “Səyyar ASAN xidmət” bölməsinə daxil olmaqla rəqəmsal xəritə vasitəsilə real vaxt rejimində səyyar avtobusların hərəkət trayektoriyası, xidmət göstərdiyi məntəqələr haqqında məlumat ala bilərlər.

Həmçinin bu məlumatı “ASAN xidmət”in www.asan.gov.az rəsmi internet səhifəsindəki “Səyyar xidmətlər” bölməsinə daxil olmaqla da əldə etmək mümkündür.

Bununla da, vətəndaşlar bu bölmələrdən faydalanaraq zamanlarının daha səmərəliliyini təmin etmiş olarlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər