10 C
Baku
Friday, December 13, 2024

“ASAN Xidmət”ə yeni sədr təyin edildi, 33 yaşı var – SƏRƏNCAM

Azərbaycan Prezidenti “ASAN Xidmət”in sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama görə, Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni İnam Kərimov daşıyırdı, 21 aprel sərəncama görə o Kənd Təsərufatı naziri təyin olunmuşdu.

Ü. Mehdiyev, Azərbaycanda yüksək vəzifədə çalışan ən gənc məmurlardan biridir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinə müavin vəzifəsində çalışırdı.ulvi mehdiyev

Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib.

2005-2006-cı illərdə hərbi xidmət keçib.

2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb.

Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləmişdir.

2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

 

Son xəbərlər
Digər xəbərlər