Azərbaycan Prezidenti İlham Əliyev “ASAN xidmət” işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında ilk “ASAN xidmət” mərkəzinin 2012-ci il dekabrın 29-da fəaliyyətə başladığını nəzərə alaraq bu gün təsis edilir.
“Hər il dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilsin.” – deyə Prezidenin sərəncamında deyilir.