12 C
Baku
Sunday, November 17, 2024

ASAN xidmət “İSR Holdinq”lə müqavilə imzalayıb

ASAN Xidmət Elektron Hökumətin İnkişafı Mərkəzi avtomatlaşdırılmış mühasibat idarəetmə sisteminin və ona 1 illik texniki dəstək xidmətinin satın alınması üzrə elan etdiyi açıq tenderə yekun vurub.

“Banker.az”a bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.

Bildirilib ki, “İSR Management” MMC ilə “Avtomatlaşdırılmış mühasibat idarəetmə sisteminin və ona 1 (bir) illik texniki dəstək xidməti”nin satın alınması haqqında 49 min 560 manat dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, “İSR Holdinq” MMC-nin törəməsi olan “İSR Management” 2017-ci ilin dekabrında, 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Onun qanuni təmsilçisi Rauf İsgəndər oğlu Xəlilovdur.

Son xəbərlər
Digər xəbərlər