13 C
Baku
Tuesday, October 1, 2024

“ASAN Xidmət” komandası böyüyür – Prezident fərman imzaladı

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin (ASAN Xidmət) işçilərin say həddi artırılıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik ötən gün imzalanan fərmanda deyilir.

Belə ki,  2012-ci ildə imzalanmış fərmana dəyişiklik edilərək say həddi 640-dan 655-ə qədər artılıb.

Fərmanda deyilir ki, “Elektron hökumət” portalının fəaliyyətinin təmin edilməsi, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanın həyata keçirilməsi sahəsində ASAN Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə say həddi artılır.

 

Son xəbərlər
Digər xəbərlər