Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Mədəniyyət strategiyası”-nın həyata keçirilməsinə dair silsilə tədbirləri davam edir.
Dövlət Agentliyi Strategiyanın təmin edilməsi məqsədi ilə mədəniyyət və sosial-məişət yönümlü maarifləndirmə işini təşkil edir və bu sahədə müxtəlif tədbirləri həyata keçirir.
15 noyabr 2014-cü il tarixindən etibarən 1 saylı Bakı “ASAN xidmət” mərkəzində mərkəzləşdirilmiş bilet satışı köşkü vətəndaşların istifadəsinə verilib. Vətəndaşlar köşkə yaxınlaşmaqla respublikamızda təşkil olunan mədəniyyət tədbirlərinin afişası ilə yaxından tanış ola və biletləri əldə edə bilərlər.