“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək qeyri-iş günüdür.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq xidmətlərdən yararlana bilərlər.