Ramazan bayramı ilə əlaqədar 10, 11, 12 aprel tarixlərində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
13 aprel tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.