“ASAN xidmət” növbə sistemində yenilik edib.
Bu barədə “ASAN xidmət”dən verilən məlumatda bildirilib.
– Artıq mobil tətbiqlə yanaşı mərkəzlərdə məlumat köşkü vasitəsilə növbəti gün üçün də istənilən xidmətə və istənilən mərkəzə, həmçinin www.asan.gov.az saytından (ASAN Login) onlayn növbə əldə etmək mümkündür;
– Mərkəzlərdə xidməti pəncərələrdə yerləşdirilmiş xüsusi POS-terminalllar vasitəsi ilə bank ödənişlərini onlayn qaydada daha asan həyata keçirmək mümkündür.
Bildirilib ki, yaxın vaxtlarda isə QR kod vasitəsi ödəmə imkanları yaradılacaq.