Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinnin (ASAN Xidmət) strukturunda dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, Analitik təhlil və statistika şöbəsi bundan sonra Data təhlili və süni intellekt həlləri şöbəsi kimi fəaliyyət göstərəcək.
Audit şöbəsi isə yenidən təşkil edilərək Satınalmaların təşkili və müqavilələrin idarəedilməsi şöbəsi kimi fəaliyyət göstərəcək.
Hazırda struktur belədir:
- Beynəlxalq əlaqələr şöbəsi
- İctimaiyyətlə əlaqələr şöbəsi
- Elektron sənəd dövriyyəsi şöbəsi
- Hüquqi təminat şöbəsi
- İKT infrastrukturunun idarəedilməsi və İT xidmətlərinin təşkili şöbəsi
- İnsan resurslarının idarəedilməsi şöbəsi
- Maliyyə və təminat şöbəsi
- Nəzarət və qiymətləndirmə şöbəsi
- “YAŞAT” Fondu ilə iş şöbəsi
- Əmək münasibətlərinin monitorinqi mərkəzi şöbəsi
- Çağrı mərkəzi şöbəsi
- Data təhlili və süni intellekt həlləri şöbəsi
- Səyyar xidmətlərin təşkili şöbəsi
- Layihələrin idarə edilməsi və texnoloji həllər şöbəsi
- Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsi
- Satınalmaların təşkili və müqavilələrin idarəedilməsi şöbəsi
- “ASAN müraciət” ilə iş sektoru
- İnformasiya təhlükəsizliyi sektoru







