BMT-nın narkotik və cinayətkarlığa qarşı mübarizə idarəsi dünyanın 137 ölkəsinin iştirak etdiyi reytinqin nəticələrini elan etmişdir. Bu ölkələrdə 2005-2012-ci illər ərzində ölüm halları yüksək göstəriciyə malik olmuşdur. Şimali və Cənubi Amerika ən çox qətl hadisəsi sayına görə Afrikanı geridə qoymuşdur. Planetin yaşayış üçün ən təhlükəli şəhərlərindən 8-i burada yerləşir.
10: Kinqston, Yamayka (2011-ci ildə 100 000 insana 50,3 qətl hadisəsi)
9: Panama (2012-ci ildə 53,1 qətl hadisəsi)
8: San-Salvador (2012-ci ildə 52,5 qətl hadisəsi)
7: Keyptaun, Cənubi Afrika (2007-ci ildə 59,9 qətl hadisəsi)
6: Maseru, Lesoto (2009-cu ildə 61,9 qətl hadisəsi)
5: Tequsiqalpa, Honduras (2011-ci ildən 102,2 qətl hadisəsi)
4: Beliz Siti. (2011-ci ildə 105,1 qətl hadisəsi)
3: Qvatemala (2010-cu ildə 116,6 qətl hadisəsi)
2: Karakas, Venesuela (2009-cu ildə 122 qətl hadisəsi)
1: Baster, Sent-Kits və Nevis (2011-ci ildə 131,6 qətl hadisəsi)
Asiya cinayətkarlıq hallarının yüksək olduğu ölkələrin ilk 10-luğuna daxil olmamışdır. Nepalda yerləşən Katmandu bu baxımdan qitənin lideridir (100 000 insana 18,5 qətl hadisəsi düşür).
Qlazqo Böyük Britaniyanın ən “cinayətkar” şəhəridir.