2 C
Baku
Saturday, December 14, 2024

ASB “3D Secure” sisteminə qoşulacaq

2 Fevral 2015-ci il tarixindən etibarən ASB-nin bütün “Mastercard” müştəriləri avtomatik olaraq “3D Secure” xidmətinə qoşulacaqdırlar.

Ediləcək hər bir əməliyyat zamanı müştəriyə sms vasitəsilə yenilənmiş, xüsusi şifrə göndəriləcəkdir. Əldə edilmiş şifrə, internet ödənişləri zamanı istifadə edilərək, əməliyyatlar daha təhlükəsiz həyata keçiriləcəkdir.

Bu xidmət ASB-nin bütün “Mastercard” və “Maestro” kartlarına tətbiq olunacaqdır. Müştərilər xüsusi şifrəni əldə etmək üçün “SMS xəbərdarlıq” xidmətinə qoşulmalıdırlar. “SMS xəbərdarlıq” xidməti ASB-də ödənişsiz təqdim olunmaqdadır.
Yaxın zamanlarda “VISA” plastik kartlarının sahibləri üçün də xidmət aktiv ediləcəkdir.

Son xəbərlər
Digər xəbərlər