25 C
Baku
Friday, July 19, 2024

“ASB Bank” ilin son rübünü zərərlə bitiribmiş – Bəs illik zərərdən onu nə xilas edib?

“Azersun Holdinq”in bankı “Azərbaycan Sənaye Bank” ASC (ASB Bank) ilin IV rübünü 759,79 min manatlıq zərər edibmiş.

Banker.az bu barədə Bankın 2018-ci ilin IV rüb üçün açıqladığı maliyyə hesabatına istinad edir.

Məlumata görə bank, ötən ilin son rübü ərzində 6,39 mln. manat faiz gəliri, 3,4 mln. manat faiz xərci edib ki, bu da bankın rüb üzrə 2,98 mln. manatdan çox xalis faiz gəliri əldə etməsi deməkdir.

Bankın 2018-ci ilin IV rübü ərzində əməliyyat mənfəəti mənfi 3,29 mln. manatlıq rəqəmlə ifadə olunub.

III rüblə müqayisədə görünür ki, illik xalis mənfəət etməsinə baxmayaraq, “ASB Bank”  ilin son 3 ayı ərzində 759,79 min manatlıq zərər edibmiş.

OXŞAR YAZI
ASB Bank-dan son 3 ayda müştəriləri 126 mln. manatı depoziti geri çəkib

Qeyd edək ki, “ASB Bank” IV rübü 2,41 mln. manat problemli kreditin geri qaytarılması hesabına ümumi il üzrə 3,95 mln. manat xalis mənfəət edə bilmişdi. Amma, geriyə baxsaq görərik ki, ilin 3-cü rübündə xalis mənfəət rəqəmi düz 4,71 mln. manat olub.

Xatırladaq ki, “Azersun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 98,4252%-i “Anadolu İnvestment Kompani” MMC –yə, 1%-i Leyla Goozala, 0,5748%-i Azərbaycan Sənaye Lizinq Şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər