10 C
Baku
Tuesday, November 26, 2024

ASB Bank-ın gəlirləri azaldı, xalis mənfəəti kəskin düşdü

“Azersun Holding”ə yaxın bank “Azərbaycan Sənaye Bankı” ASC-nin gəlirlərinin azalması və bir sıra xərclərinin artması ilə xalis mənfəətini azaldıb.

Banker.az bu barədə ASB Bank-ın 2021-ci ilin birinci yarım ili üçün açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Bank ilin ilk 6 ayı ərzində 14.36 milyon manat faiz gəliri əldə etmiş (illik müqayisədə: 11% az), 8 milyon manat faiz xərci etmiş (5% az), nəticədə 6.36 mln. manat xalis faiz gəliri olub.

Faiz gəlirlərinin 8.23 milyon manatı müştərilərə verdiyi kreditlərdən faiz gəliri, 6.12 milyon manatı isə banklara verdiyi depozitlər üzrə faiz gəlirləri olmuşdur.

Bankın qeyri-faiz gəlirlərinin həcmi 2.96 milyon manat (6.6% artım) olduğu halda, qeyri-faiz xərclərinin həcmi 7.45 milyon manata yüksəlib (4.5% artım).

Bununla da bankın əməliyyat mənfəətinin həcmi illik müqayisədə 44.6% azalma ilə 1.88 milyon manata düşüb. 0.48 milyon manat isə Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edilmiş, 0.28 milyon manat mənfəət vergisi ödəmiş, nəticədə 1.11 milyon xalis mənfəət əldə etmişdir. 2020-ci ilin müvafiq dövrünə xalis mənfəətin həcmi 3.37 milyon manat təşkil edirdi.

Bu xalis mənfəətdən sonra bankın bölüşdürülməmiş mənfəəti 39.25 milyon manat olmuşdur.

234344

Son xəbərlər
Digər xəbərlər