10 C
Baku
Tuesday, November 26, 2024

ASB Bank-ın “Milli Kart”ın kapitalında payı azalıb

“Azərbaycan Sənaye Bankı” ASC-nin prosessinq mərkəzindəki pay faizi azalıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, ASB Bank-ın 1 yanvar 2021-ci il tarixinə olan məlumata görə, “Milli Kart” MMC-də payı 10%-dən 8.33%-ə qədər düşüb.

Lakin azalmaya səbəb bankın bu prosessinq mərkəzində hər hansısa alq-satqı əməliyyatı deyil. Belə ki, 2020-ci ilin iyulunda “Milli Kart” prosesinq mərkəzinin nizamnamə kapitalı 5 milyon manatdan 6 milyon manata qaldırılıb.

ASB Bank bu artım əməliyyatında iştirak etməyib və 500 min manatlıq payı dəyişməz qalıb.

“Millikart”ı 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı yaradaraq sonradan banklara satıb. Hazırda onun təsisçiləri fəaliyyətdə olan “Azərbaycan Sənaye Bankı”, Bank Respublika”, “AtaBank”, “Unibank”, “Amrah Bank”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank of Baku” və “Xalq Bank” ASC-lər, “Access Bank” QSC, ləğv prosesində olan “Dəmir Bank”, “Kredo Bank”, “Texnika Bank” və “Zamin Bank” ASC-lər, “Bank Standard” QSC, eləcə də “Para” ASC bank olmayan kredit təşkilatı (BOKT) və “Urbis Holding İnc.” şirkətidir.

Son xəbərlər
Digər xəbərlər