“ASB Bank” istehlak kreditlərinin verilmə şərtlərini dəyişdi

“Azərbaycan Sənaye Bankı” ASC istehlak kreditlərinin faiz dərəcələrini endirib.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bank fiziki şəxslərə təklif etdiyi “Nağd Pul Kredit”nin illik faiz dərəcəsini bu günə qədər 27% ilə verdiyi halda, yeni şərtə əsasən, 15-21% aralığında təklif edəcək.

Bank bu krediti ən aşağı faizlə (15%) təkrar və zamini olan müştərilərə verir. Ən yüksək isə (21%) zaminsiz və maaşı olmayan şəxslərə təklif edir.

Xatırladaq ki, “ASB Bank”ın kredit portfelinin az bir hissəsini istehlak kreditləri ilə formalaşdırıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.