“Azərbaycan Sənaye Bankı” (ASB Bank) ASC 3 kredit məhsulu üzrə faiz dərəcələrini endirib.
Banker.az monitorinq qrupunun əldə etdiyi məlumata görə, “ASB Bank” həm biznes həm də istehlak kreditləri üzrə faiz dərəcəsini 3% azaldıb.
Belə ki, Bank “Girovlu ehtiyac krediti”, “Nağd pul krediti” və “Biznesə dəstək krediti” məhsullarının faizlərini 27%-dən 24%-ə qədər azaldıb.
Xatırladaq ki, “ASB Bank”ın nizamnamə kapitalı hazırda 60 mln. manat təşkil edir. Səhmlərin 98,4252%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 0.5748%-i “Azərbaycan Sənaye Lizinq” MMC və 1%-i Leyla Gozal-a məxsusdur.