“ASB Bank” manat depozitinin faizlərini endirib

ASB Bank-ın səhifəsindən

“Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) fiziki şəxslər üçün nəzərdə tutduğu müddətli depozitin manatda faiz dərəcəsini 3% bəndi azaltmalı olub.

Banker.az monitorinq qrupu bildirir ki, əmanətin bu günə qədər illik ödəniş dərəcəsi 10% olduğu halda, bundan sonra 7% təşkil edəcək.

Bildirək ki, Azərbaycan Mərkəzi Bankı 13 dekabr 2019-cu il tarixində faiz dəhlizinə dair qərarlarını açıqlayaraq uçot dərəcəsini endirməli olub.

Azərbaycanın maliyyə bazarının yeganə requlyatoru bu addımı əsasən biznes kreditləşməsində daha çox aktivliyin olmasını da nəzərə alaraq atıb.

Lakin, kommersiya bankları və kredit təşkilatları il ərzində əksəriyyəti AMB-nin uçot dərəcəsini azaldılmasına daha az reaksiya verirlər. Bir çox banklar daha asan yol kimi müştərilərdən cəlb etdiyi əmanətlərin faizlərinə “əl gəzdirməyi” daha çox üstünlük verirlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları