11 C
Baku
Monday, November 25, 2024

“ASB Bank” son rübü zərərlə tamamladı – Müştərilərin Banka olan şikayətləri 4 dəfə artb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) ötən ilin IV rübünü 6,54 mln. manat gəlirlə bitirsə də, mənfəətlə bitirə bilməyib. Belə ki, Bank 262 120 min manat zərərlə tamamlayıb.

Banker.az xəbər verir ki, bu barədə bankın 2017-ci ilin yekunlarına dair hesabatında deyilir.

Lakin, ASB Bank ötən ilin 12 ayını 24,46 mln. manat ümümi gəlirlə, 4,36 mln. mənəəftlə bitirə bilib.

Cəmi aktivləri ötən illə müqayisədə 20% artaraq 945,2 mln. manata kimi artıb. Burada da 298,82 mln. manatı müştərilərə verdiyi kreditdir. Hazırda bu portfelin 7,118 mln manatı vaxtı keçmiş kreditlərdir.

Bankın depozit portfeli böyüyərək 628,66 mln. manat olub ki, bu da 2017-ci ili, yanvarın 1-nə olan göstəricilərlə müqayisədə bu il 45% artması deməkdir.

Hazırda ASB Bank-ın öhdəlikləri hazırda artaraq 854,83 mln. manat təşkil edir.

Bankın cəmi kapitalı 90,36 mln. manata yaxındır.Bunun da 21,314 mln. manatı bölüşdürülməmiş mənfəətdir.

Bankın digər statistik göstəricilərində isə bildirirlir ki, 2017 ci il ərzində banka 9243 müracitə olub ki, bunun da 225-i şikayətdir. Məlumat üçün bildirək ki, bu ötən illə müqayisədə, 294% daha çox şikayətin artması deməkdir.

 

 

Son xəbərlər
Digər xəbərlər