Azərbaycan Sənaye Bankının əsas səhmdarı olan “Anadolu İnvestment Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, “Anadolu İnvestment Kompani” MMC-nin nizamnamə kapitalı 3 400 000 manat, yaxud 15% artırılmaqla 25 395 364 manat təşkil edib.
“Azersun Holding”ə yaxın olan bu şirkət ASB Bankın əsas səhmdarıdır. Bankın 60 milyon manatlıq səhm kapitalının 98.43%-i “Anadolu İnvestment Kompani”yə məxsusdur.
Şirkətin rəhbəri Abdulbari Gozalın qızı Leyla Kurtdur. Şirkət 2003-cü ildə yaradılıb.