“Azərbaycan Sənaye Bankı” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC əsas səhmdarının dövlətə vergi borcu olduğu məlum olub.
Banker.az 26 yanvar 2020-ci il tarixinə vahid vergi borcu bazasından olan məlumatlara görə, bu, “Anadolu İnvestment Kompani” MMC-dir.
“Anadolu İnvestment Kompani”in vergi borcunun həcmi 741.48 min manatdır. Bu sərmayə şirkəti “ASB Bank”ın 60 milyon manatlıq səhm kapitalının 98.43 faizinə və “Azərbaycan Sənaye Sığorta”nın 11 milyon səhm kapitalının isə 75%-nə sahibdir.
Şirkət 2003-cü ildə təsis edilib, 22 milyon manat nizamnamə kapitalına sahibdir. Şirkətin direktoru “Azərsun Holdinq”in sahibi Abdulbari Gozalın qızı Leyla Gozal Kurtdur.