25 C
Baku
Saturday, April 20, 2024

“ASB Bank”ın mənfəəti 1,9 dəfə artıb

“Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 1-ci rübünü 3 milyon 207 min manat xalis mənfəət ilə başa vurub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinad edir.

Bank ötən ilin eyni dövründə isə 1 milyon 689 min manat xalis mənfəət əldə etmişdi. Belə  ki, ötən ilin müvafiq dövrüylə müqayisədə  “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 1,9 dəfə artıb.

Bildirək ki, Bank əməliyyat mənfəətinin 549 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına  ayırdığından və 731 min manat mənfəət vergisi ödədiyindən ilk rübü 3 milyon 207 min manat xalis mənfəət ilə bağlayıb.

Bankın xalis mənfəətdən sonra hazırda balansında 28,5 mln manatlıq bölüşdürülməmiş mənfəət var. 

 

 
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər