“Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 1-ci rübünü 3 milyon 207 min manat xalis mənfəət ilə başa vurub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinad edir.
Bank ötən ilin eyni dövründə isə 1 milyon 689 min manat xalis mənfəət əldə etmişdi. Belə ki, ötən ilin müvafiq dövrüylə müqayisədə “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 1,9 dəfə artıb.
Bildirək ki, Bank əməliyyat mənfəətinin 549 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından və 731 min manat mənfəət vergisi ödədiyindən ilk rübü 3 milyon 207 min manat xalis mənfəət ilə bağlayıb.
Bankın xalis mənfəətdən sonra hazırda balansında 28,5 mln manatlıq bölüşdürülməmiş mənfəət var.