18 C
Baku
Thursday, October 9, 2025

“ASB Bank”ın mənfəəti 2 dəfəyə yaxın azalıb

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB Bank) cəmi faiz gəlirləri ötən il ilə müqayisədə azalaraq 12,27 mln. manata yaxın təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə bankın 2018-ci ilin ilk 6 ayına olan maliyyə hesabatında deyilir.

Hesabata görə bankın qeyri-faiz gəlirləri də azalmaqla 3,29 mln. manat düşüb ki, bu rəqəm ötən ilin müvafiq dövründə 4,61 mln. manat təşkil edirdi. Bankın faiz xərcləri 6,4 mln., qeyri-faiz xərcləri isə 5,61 mln. manat olub ki, bu da bankın əməliyyat mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə azaldaraq 3,56 mln. (35% azalma) manata salıb. Məlumat üçün bildirək ki, 2017-ci ilin II rübü bankın əməliyyat mənfəəti 54,34 mln. manat təşkil edirdi.

Builki əməliyyat mənfəətindən cəmi 615 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və bank yarım illikdə 2,33 mln. (ötən illə müqayisədə 1,81 dəfə az) manat xalis mənfəət əldə edib. Bu rəqəm ötən ilin müvafiq dövründə 4,24 mln. manat təşkil edirdi.

Xatırladaq ki, ASB Bank-ın nizamnamə kapitalı 60 mln. manat təşkil edir ki, bunun da 94,2517%-i Anadolu Investment Company-ə, 5,1735%-i Azərbaycan Sənaye Siğorta Şirkətinə və 0,5748%-i isə Azərbaycan Sənaye Lizinq Şirkətinə məxsudur.

Son xəbərlər
Digər xəbərlər