12 C
Baku
Wednesday, December 11, 2024

“ASB Bank”ın müştəriləri son 3 ay ərzində 15 mln. manatlıq depozitləri geri çəkiblər

“Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) 2018-ci ilin yarım illiyində depozit portfelini çatdırdıqdan sonra 3-cü rübdə yenidən azalmağa başlayıb.

Banker.az bu barədə Bankın 2018-ci ilin ilin ilk 9 ayına olan rüblük maliyyə hesabatına istinad edir.

Hesabata görə, ilin 3-cü rübü ASB Bank-ın depozit portfeli 14,99 mln. manat azalmaqla 684,06 mln. təşkil edib. Bu səbəbdən də Bankın cəmi öhdəlikləri azalaraq 911,97 mln. manat olub.

“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 98,4252%-i “Anadolu İnvestment Kompani” MMC –yə, 1%-i Leyla Goozala, 0,5748%-i Azərbaycan Sənaye Lizinq Şirkətinə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər