24 C
Baku
Sunday, September 29, 2024

ASB 2016-cı ilin birinci rübündə ötən ilin 12 ayından çox qazanıb

Banker.azın verdiyi məlumata görə, ASB bank 2016-cı ilin birinci rübünü mənfəətlə başa vurub.

Beləki, Bankın Mart ayının sonuna olan hesabatlarına görə, bank 2.6 mln. manat mənfəət əldə edib. Qeyd edək ki, bank 2015-ci ilin 12 ayı ərzində bundan aşağı məbləğ qazana bilmişdir (2.5 mln manat).

Buna baxmayaraq, bankın aktivləri 2015-ci ilin sonuna nisbətən 22 mln. manat azalaraq  668 mln. manat təşkil etmişdir. Bankın öhdəlikləridə 24 mln. azalaraq 588 mln. manat təşkil etmişdir.

Qeyd edək ki, ASB-nin 2016-cı ilin birinci rübünün sonuna vaxtı keçmiş kreditlərinin həcmi 7.1 mln. manatdır.

Son xəbərlər
Digər xəbərlər