“Nərimanov Sənayetikinti” ASC (Cəmiyyət) Səhmdarlarının növbəti illik ümumi yığıncağı 24 may 2018-ci il saat 12.00-da keçiriləcək.
Bu barədə ictimayyətə açıqlanan məlumatda deyilir.
Məlumata görə, iclasın gündəliyinə, Cəmiyyətin idarə heyətinin hesabatı, Cəmiyyətin 2017-ci il üzrə illik hesabatlarının təsdiqi, İdarə heyəti sədrinin və üzvlərinin azad olunması, Müşahidə şurası sədrinin və üzvlərinin azad olunması, Maliyyə-təftiş komissiyası sədrinin (müfəttişin) və üzvlərinin azad olunması, Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, Cəmiyyətin direktorunun seçilməsi və cari məsələlər daxil edilib.
Bundan əlavə, “Nərimanov Sənayetikinti” ASC-nin nizamnamə kapitalına dair müzakirələr olacaqdır.
Ünvan: AZ 1008, Bakı, Nərimanov rayonu, Qarabağ küçəsi 22 (34) Şərq bazarının yaxınlığı.