“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) dəyəri 50 mln. ABŞ dolları olan yeni istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaiti beynəlxalq hövzələrdə istismar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldəcək.
Banker.az xəbər verir ki, bu barədə ASCO-dan yerli informasiya agentliyinə bildirilib.
“Artıq 50 mln. dollar dəyərində növbəti ASCO istiqrazlarına abunə yazılışı başlayıb. Ümid edirik ki, ilk istiqrazlarda olduğu kimi, bu dəfə də böyük tələbat olacaq. Ümumilikdə, bu istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait ASCO-nun Xəzərdən kənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə istismar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək”, – deyə qurumun məlumatında qeyd olunur.