Dövlətin ən çox mənfəətlə işləyən şirkətlərindən biri olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2023-cü ildən fond bazarından vəsait cəlbi üçün ABŞ dollarında istiqraz buraxıb.
Banker.az xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 dollar olan istiqrazlar illik 6% gəlirlilik təklif edir.
Dövlət şirkətinin istiqrazlarının tədavül müddəti 5 ildir.
ASCO-nun ABŞ dollarında təklif etdiyi istiqraz investisiya üçün həm gəlirlilik, həm də məzənnə riski baxımından hazırda daha cəlbedicidir.
- Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2001019341
- İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz adlı
- İstiqrazların sayı: 100 000 (ədəd)
- Nominal Dəyəri:1 000ABŞ dolları
- İllik faiz dərəcəsi: 6%
- Tədavül müddəti: 5 il
- Kupon faizlərinin ödəniş müddəti: İldə iki dəfə (6 aydan bir olmaqla)
Hazırda ABŞ dollarında investisiya yatırımı edən investorlar üçün illik 6% Azərbaycan bazarı üçün xeyli yuxarı rəqəmdir. Belə ki, 2.5%-dən çox illik gəlir verən bank depozitləri bazarda mövcud deyil.
İsitiqraz alarkən investorlar üçün ən vacib suallardan biri istiqraz buraxan şirkətin maliyyə durumu və maliyyə şəffaflığıdır. ASCO maliyyə hesabatlarını 2021-ci il üzrə dünyaca məşhur və “BigFour”a daxil olan “Ernst&Young” audit şirkətinə həvalə etmişdi. “BigFour”, yəni “Böyük dördlük” — dünyanın ən etibarlı audit və konsaltinq şəbəkəsidir.
Həmin hesabatı da “E&Y” aparıb. Hesabatda qeyd olunur ki, gəmiçilik şirkəti ASCO 2021-ci ildə 51.79 milyon manatlıq xalis mənfəət əldə edib. Bu mənfəətdən sonra bölüşdürülməmiş mənfəətini 549.1 milyon manata yüksəldib ki, bu da onun olduqca güclü maliyyə dayanıqlılığına malik olması deməkdir. Son iclasda isə şirkət rəhbəri 2022-ci ilin nəticələrində də yüksək mənfəət gözlədiyini deyib.
Dövlət şirkəti mətbuata açıqlayıb ki, əldə olunan vəsaitlər etibarlı layihəyə yönəldiləcək. Şirkət bu yolla daxildə və xaricdəki xidmət şəbəkəsini bir qədər də genişləndirməyi planlayır.
Hazırda bu istiqrazların anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Ətraflı məlumat üçün 1548 qısa nömrəsinə müraciət edə bilərsiniz. https://ascoistiqraz.az/