6 C
Baku
Wednesday, January 7, 2026

ASCO iki həftə öncə bankdan 35 mln. manatlıq borc götürüb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bankdan ABŞ dollarında ifadə edilmiş, lakin ekvivalenti 35 milyon manat təşkil edən kredit əldə edib.

Banker.az-ın şirkətin hesabatından əldə etdiyi məlumata görə, kredit müqaviləsi 29 dekabr 2025-ci il tarixində imzalanıb. Bununla belə müqavilənin hansı bankla baş tutduğu açıqlanmayıb.

Kreditin illik faiz dərəcəsi 7.25% olmaqla, müddəti 7 il müəyyənləşdirilib. Məlumata görə, borc ASCO-nun aktivləri ilə təmin olunub.

 

Son xəbərlər
Digər xəbərlər