Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tankerləri ilə 2.3 milyon ton yük daşıyıb.
Bu barədə qurumdan bildirilib.
Bundan başqa, məlumata görə, hesabat dövründə “Bərə” və “Ro-Pax” tipli gəmilərlə daşınan vaqonların sayı 30 416 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 26 715 ədəd olub.
9 ay ərzində ASCO-nun universal quru yük gəmiləri isə 807 min ton yük nəql edib.