9 C
Baku
Sunday, December 22, 2024

ASCO-da yeni təyinat olub

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin əmri ilə QSC-nin strukturuna daxil olan “ASCO Logistics” MMC-nin direktoru Azər Məmmədov vəzifəsindən azad edilib.

Sədrin digər əmri ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin müşaviri İlham Məmmədov “ASCO Logistics” MMC-nin direktoru təyin edilib.

O, son təyinatından öncə QSC-nin istismar-kommersiya departamentinin rəisi, sədrin müşaviri olub.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər