16 C
Baku
Friday, November 22, 2024

ASCO-nun 100 mln. dollarlıq istiqrazları BFB-də listinqə daxil edilib

29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ümumi dəyəri 100 000 000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı  29 dekabr tarixindən başlamışdır və fevralın 28-dək davam edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2001019341

Faizli, təmin edilməmiş, sənədsiz adlı

100,000

(ədəd)

1,000

ABŞ dolları

6 %

5 il

İldə iki dəfə (6 aydan bir olmaqla)

 

Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazları ilə bağlı ətraflı məlumat üçün göstərilən linkə keçid edə bilərsiniz:  www.ascoistiqraz.az

Son xəbərlər
Digər xəbərlər