Bu gün ASCO-nun 15-dən çox gəmisi Xəzər dənizindən kənarda fəaliyyət göstərir.
Banker.az xəbər verir ki, bunu ASCO sədri Rauf Vəliyev “ASCO istiqrazları”nın tədavülə buraxılmasına həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
Onu da qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Fond Birjası” QSC-də 100 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirəcək.







