13 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 50,000,000 (əlli milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
23 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ümumi dəyəri 50,000,000 (əlli milyon) ABŞ dolları olan istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002019340 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz adlı |
İstiqrazların sayı | 50000 (ədəd) |
Nominal Dəyəri | 1000 ABŞ dolları |
İllik faiz dərəcəsi | 6% |
Yerləşdirmə tarixi | 23.02.2024 |
Tədavül müddəti | 5 il |
Kupon faizlərinin ödəniş müddəti | İldə iki dəfə (6 aydan bir olmaqla) |