12 C
Baku
Saturday, November 23, 2024

ASCO-nun istiqrazlardan toplayacağı vəsait Xəzərdən kənar fəaliyyətinə yönələcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) istiqraz emissiyası ilə cəlb edəcəyi vəsait hesabına Xəzərdənkənar fəaliyyətini genişləndirəcək, yeni tipli, daha böyük gəmilər (Aframax, Handysize) seqmentinə daxil olacaq.

Bu barədə qiymətli kağızların təqdimatında bildirilib.

Xatırladaq ki, ASCO “Bakı Fond Birjası” QSC-də 100 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirməyə hazırlaşır. Söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Təqdimat mərasimində ASCO-nun idarəetməyə verildiyi Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, Milli Məclisin üzvləri, bank və sığorta şirkətlərinin rəhbərləri, dənizçilər və media nümayəndələri iştirak ediblər. Səhmdar cəmiyyətinin sədri Rauf Vəliyev bildirib ki, istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək, vətəndaşlar üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacaq.

İstiqrazları həm ilkin, həm də təkrar bazardan almaq mümkündür. Bunun üçün yaxın 2 ay ərzində “PAŞA Kapital İnvestisiya Şirkəti”nə müraciət edərək abunə yazılmaq lazımdır. İstiqrazlar haqqında www.ascoistiqraz.az saytına daxil olmaqla və yaxud 1548 nömrəsinə zəng vurmaqla ətraflı məlumat əldə etmək mümkündür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər