“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) beynəlxalq sularda üzən “Rəsul Rza” quru yük gəmisinin əsaslı təmiri başa çatıb.
ASCO-dan bildirilir ki, təmir prosesi qardaş Türkiyənin Tuzla şəhərində yerləşən “Giysan” tərsanəsində həyata keçirilib.
İşlər çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, nasoslar və digər mexanizmləri yenidən baxışdan keçirilib. Bununla yanaşı, boru və elektrik sistemlərinin quraşdırılması, avtomatika və gövdə qaynaq işləri icra olunub.
Qeyd edək ki, “Rəsul Rza” 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Gəminin uzunluğu 108,33 metr, eni 16,74 metr, yükgötürmə qabiliyyəti isə 5200 tondur.