33 C
Baku
Saturday, July 20, 2024

ASCO sədri: “Növbəti gəmilərə Qərbi Azərbaycan adları veriləcək”

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-də növbəti gəmilərə Qərbi Azərbaycan adlarının verilməsi ilə bağlı müzakirələr aparılır, “Göyçə” adı artıq təsdiq edilib.

Bunu “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən hazırlanan “Zəngilan” tankerinin suya salınması ilə bağlı mərasimdə deyib.

Onun sözlərinə görə, bir neçə adlar müəyyənləşəcək və təsdiqlənəcək.

R. Vəliyev vurğulayıb ki, “Bakı Gəmiqayırma Zavodu” dördüncü tankeri suya salaraq, bizə təhvil verəcək: “Hazırda zavodda “Zəngilan” gəmisi ilə bərabər “Ro-Pax” tipli “Azərbaycan” və “Zərifə Əliyeva” gəmilərinin inşası davam etdirilir”.

Xatırladaq ki, bu gün “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən hazırlanan “Zəngilan” tankeri suya salınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər