“Asel Kredit” BOKT MMC-nin baş mühasibi dəyişib.
Bu barədə Banker.az-a verilən məlumatda deyilir.
Baş mühasib Qarayev Əzim vəzifəsindən azad edilib və onun yerinə Hüseynli Samir təyin edilib.
Xatırladaq ki, “Asel Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır, qanuni təmsilçisi Sadiq Tağıyevdir.