14 C
Baku
Sunday, November 24, 2024

“ASELSAN”nın istehsal etdiyi hava hücumundan müdafiə sisteminin Azərbaycana verilməsi üçün danışıqlar aparılır

Türkiyənin “ASELSAN” şirkətinin istehsalı olan “HERİKKS” hava hücumundan müdafiə üzrə xəbərdarlıq sistemlərinin Azərbaycana verilməsi üçün danışıqlar gedir.

Bu barədə “ADEX-2024” sərgisində şirkətin nümayəndəsi məlumat verib.

Bildirilib ki, bu sistemlər Kəlbəcər ərazisində, yüksəkliklərdə quraşdırılaraq, istismara verilib. Hazırda sistemlər “ADEX-2024” sərgisində də nümayiş olunur.

Şirkətin nümayəndəsi bildirib ki, sözügedən sistemlər radarların qeydə aldığı məlumatları komanda məntəqəsinə ötürür, silah hədəfi həm əl ilə, həm də avtomatik aşkarlayır. Bu sistemlər hərəkətdə olduğu zaman da fəaliyyət göstərə bilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər