24 C
Baku
Wednesday, October 9, 2024

“ASET Maliyyə Texnologiyaları”nın zərəri 124 min manatı keçib

“ASET Maliyyə Texnologiyaları” BOKT MMC 2023-cü ildə də zərər edib.

Banker.az xəbər verir ki, BOKT hesabat ilində 40 min manata yaxın zərər edib. Bununla belə, bu zərər 2022-ci ildəkindən aşağıdır. Öncəki ildə 81 min manat zərər etmişdi.

BOKT hesabat ilində 96 min manat üzərində cəmi gəlir əldə edib və 2022-ci ildəki 5 min manatdan xeyli yuxarıdır.

İl üzrə illərin zərərindən sonra balansındakı yığılmış zərərin həcmi 124 min manata yüksəlib ki, bu da onun 400 min manat olan nizamnamə kapitalına rəğmən cəmi kapitalını 276 min manata salıb.

Aktivləri son bir ildə 15 faiz azalaraq 331 min manata düşüb. Kredit portfelinin həcmi 2023-cü ildə 80% artaraq 151 min manat təşkil edib.

 

2222 1111

Son xəbərlər
Digər xəbərlər