“Aviation Services Group” MMC-nin (ASG) törəmə şirkətlərindən biri olan, Bakının Heydər Əliyev adına beynəlxalq hava limanında yerləşən “ASG Business Aviation” MMC-nin nizamnamə kapitalı geri çəkilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə, “ASG Business Aviation”ın nizamnamə kapitalı 5 602 185 manat, yaxud 3% azaldılaraq 181 069 790 manata endirilib.
“ASG Business Aviation” regionda müştərilərini özəl səfərləri üçün ən sürətli, təhlükəsiz, təmtəraqlı və texnoloji cəhətdən müasir təyyarələrlə təmin edən ən böyük özəl aviasiya mərkəzidir. Yarandığı 2007-ci ildən bəri ASG Business Aviation dünyanın istənilən nöqtəsinə reysləri yerinə yetirir.
ASG-nin strukturunda hazırda “ASG Ground Handling”, “ASG Helicopter Services”, “ASG Logistics & Supply”, “ASG Business Aviation” “ASG Sky Catering” və “ASG Construction” kimi şirkətlər var.