“Ashurkhan Royal Estate” şirkətinin kapitalı 2.7 milyon manat azaldıldı

“Ashurkhan Royal Estate” MMC-nin nizamnamə kapitalı azaldıldı.

Banker.az xəbər verir ki, “Ashurkhan Royal Estate” Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəl 23 115 844 manat olan nizamnamə kapitalını 20 451 054 manata endirib.

Beləliklə, MMC-nin nizamnamə kapitalı 2 664 790 manat azalmış oldu.

Şirkət Bakı şəhəri, Səbail rayonu, Telman Bağırov küçəsi 29 ünvanında fəaliyyət göstərir.

Onu da qeyd edək ki, şirkətin rəhbəri Pavel Denisenyadır.

 

Son xəbərlər
Digər xəbərlər